6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da koronavirusun yeni ştammı aşkarlandı

Şimali Koliforniyada koronavirusun Hindistan ştammına rast gəlinib.

Banker.az xəbər verir ki, bu barədə Stanford Universitetinin tədqiqatçıları məlumat yayıblar.

Stanford Səhiyyə Xidmətinin sözçüsü Liza Kim bildirib ki, yeni ştammın iki mutasiyası var. Ştamm San – Fransisko körfəz bölgəsindən olan bir xəstədə aşkarlanıb.

“Biz hesab edirik ki, bu növə ABŞ-da ilk dəfə rast gəlinir”,- deyə Liza qeyd edib.

Koronavirusun bu ştammı ilk dəfə cari ilin mart ayında Hindistanın səhiyyə rəsmiləri tərəfindən aşkar edilib.

Son xəbərlər
Digər xəbərlər