ABŞ-da kredit tarixçəsi: FICO alqoritmi necə işləyir və ona necə təsir göstərmək olar

ABŞ mühacirləri üçün tövsiyələr: kredit tarixçəsini sıfırdan necə qurmaq olar və tipik səhvlərdən qaçmağın yolları. 

Hər il ABŞ-da kredit reytinqinə əsasən təxminən 10 milyard maliyyə qərarı verilir. Bu mümkündür, çünki ABŞ-da mərkəzləşdirilmiş kredit sistemi mövcuddur. Qeyd edək ki, qiymətləndirmə ipoteka və avtomobil krediti üzrə ödədiyiniz faiz dərəcəsindən, kredit kartı alıb-almamaqdan, sığortanın dəyərindən, biznes üçün maliyyələşdirmə alacağınızdan və daha bir milyon həyati amildən asılı olaraq dəyişir. 

Üç kredit bürosu (Experian, Equifax, Transunion) FICO alqoritmindən istifadə edir. Bu alqoritm sizə 300-dən 850-ə qədər reytinq verir. Əgər FICO-nun necə işlədiyini öyrənmək istəyirsinizsə, bu haqda internetdə küllü miqdarda məlumat tapa bilərsiniz. Lakin buna baxmayaraq, banklar və kreditorlar necə pul qazandıqlarını izah etmək istəmirlər. Bu məqalədə sizə bütün sirləri açacağıq və Sovet İttifaqının niyə güclü riyaziyyatı ilə tanındığını izah edəcəyik. 

Kredit tarixçəniz necə qiymətləndirilir?

  1. Ödəmələrin tarixçəsi – 35%
  2. Xərclənən kreditin mövcud kreditə nisbəti (utilization) – 30% 
  3. Kreditin növləri – 15%
  4. Kredit tarixçəsinin yaşı – 10%
  5. Kredit üçün müraciətlər (hard inquiries) – 10% 

Biz yalnız ən vacib olan və təsir göstərə biləcəyimiz amillərə diqqət yetirəcəyik: ödəmələrin tarixçəsi və xərclənən kreditin mövcud kreditə nisbəti. Baza səviyyəsində hər bir kredit hesabı açıldığı tarixdən ayların sayına bölünür. Alqoritm elə tərtib edilib ki, hər ay iki göstəricilərdən biri olur – “A” və ya “B”.  “A” – ödənişin vaxtında edildiyi deməkdir, “B” – ödənişdə gecikmənin olduğunu göstərir. Müvafiq olaraq, kredit tarixçəniz nə qədər yaşlıdırsa, alqoritm sizin haqqınızda bir o qədər çox şey bilir. Sizin vəzifəniz etibarlı müştəri olduğunuzu nümayiş etdirməkdir. Bu o deməkdir ki, nə qədər çox kredit hesabınız varsa, bir o qədər yaxşıdır. Bununla alqoritmə daha çox məlumat vermiş olursunuz. Siz kredit pulundan istifadə edərək, ödənişləri vaxtında etdiyinizi göstərəcəksiniz və bu, kredit reytinqinə təsir göstərəcək. 

İndi tutaq ki, beş kredit kartınız var və onların hər birinin bir yaşı var. Bu o deməkdir ki, alqoritm 60 aylıq ödənişləriniz haqqında məlumatlar əldə edəcək. Əlinizdə hərəsi beşillik 10 kredit kartı olduqda, kredit hesabatınızda 600 aylıq ödənişlər haqqında məlumat olacaqdır. Əgər 600 ödənişdən birini ödəməmisinizsə, bu 0.16% hallarda səhvə yol verdiyiniz deməkdir. Bu hekayənin mənəvi mənası budur – nə banklar, nə də  FICO sizə kredit tarixçəsini gücləndirmək üçün daha çox kredit kartı açmalı olduğunuzu söyləməyəcək. Bu onların maraqlarına uyğun deyil. 

İndi isə borc götürülmüş və şəxsi kapitalın nisbətini təhlil edək. Unutmayın: bu göstərici nə qədər yüksəkdirsə, alqoritm onu bir o qədər riskli görür. Məsələn, mövcud 10 000 $ -dan 1 000 $ istifadə etdinizsə, bu nisbət 10% -dir. Bu nisbəti azaltmaq üçün mövcud kreditin miqdarını artırmalısınız. Əlinizdə 20 000 dollar varsa, bu nisbət 1 / 20 000 = 5%-ə düşür. Nəticədə kredit reytinqiniz daha yüksək olur. 

Xülasə: kredit balınıza nəzarət etmək üçün iki amili idarə etməlisiniz:

  1. yüksək limitli bir neçə kredit kartı açmaq (kredit reytinqinin 75%-i bundan asılı olacaq – yaş, borc nisbəti, ödəmə tarixçəsi)
  2. etibarsız borcalan olduğunuzu göstərən mənfi işarələri silə bilmək (gecikmiş ödənişlər və s.).

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.