25 C
Baku
Monday, April 29, 2024

ABŞ-da lotereyada $1 milyardlıq cekpot qazanılıb

ABŞ-ın “Powerball” lotereyasının iştirakçısı 1.08 milyard dollarlıq cekpot qazanıb.

Bu barədə lotereyanın rəsmi saytında məlumat verilib.

Məlumata görə, qalib mükafatın bütün dəyərini illik 30 ödənişə bölə və ya 516.8 milyon dollar məbləğində birdəfəlik ödəniş ala bilər.

Qalibin adı açıqlanmayıb. Bununla belə, uduşlu bilet Kaliforniyada alınıb.

Bu mükafat “Powerball” lotereyasının mövcud olduğu dövrdə üçüncü ən böyük mükafatdır. Rekord uduş 2.04 milyard dollar olub.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər