15 C
Baku
Saturday, April 20, 2024

ABŞ-da meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan oluna bilər

ABŞ prezidenti administrasiyası meymunçiçəyinin yayılmasına görə ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin tətbiqi ehtimalını etiraf edib və həmçinin xəstəliyin yayılması ilə mübarizə üçün Ağ Evdə koordinator təyin etmək niyyətindədir.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə meymunçiçəyi epidemiyasının ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib-etməyəcəyi barədə düşünür, həmçinin Ağ Evdə virusa qarşı tədbirlər üzrə koordinator təyin etməyi planlaşdırır.

Qəzetin mənbələrinə görə, bəzi hökumət rəsmiləri fövqəladə vəziyyət rejiminin tətbiqinin virusun yayılması ilə bağlı daha dəqiq məlumat toplamağa imkan verəcəyinə inansalar da, digərləri bu addımı simvolik hesab edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər