1 C
Baku
Saturday, December 14, 2024

ABŞ-da OPEC-ə qarşı məhkəmə iddialarına icazə verən qanun layihəsi təsdiqlənib

ABŞ Nümayəndələr Palatasının Hüquq komitəsi çərşənbə axşamı ABŞ-da OPEC-ə (Neft İxrac Edən Ölkələr Təşkilatı) üzvü olan ölkələrə qarşı antiinhisarla bağlı məhkəmə iddialarına icazə verən qanunu təsdiqləyib.

Bundan sonra qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən baxılmalıdır.

Məlumata görə, qanun layihəsi ABŞ Ədliyyə Nazirliyinə OPEC üzv ölkələrinə qarşı antiinhisar iddialarını başlatmaq imkanı yaradır və ABŞ məhkəmələrinə bu kimi işlərə baxmaq səlahiyyətini verir.

“OPEC üzvləri qiymətlərə nəzarət məqsədi ilə xam neft istehsalını məhdudlaşdırmaq üçün qəsdən sövdələşirlər, neft istehsalçılarının “acgöz ehtiyacları”nı ödəmək üçün xam neft qiymətlərini haqsız şişirdirlər”, – layihə müəllifləri qeyd edir.

Son xəbərlər
Digər xəbərlər