6 C
Baku
Sunday, December 15, 2024

İlon Mask “Twitter”i aldığı üçün məhkəməyə verildi

Orlando Polisinin Pensiya Fondu amerikalı milyarder İlon Maska qarşı “Twitter”i 44 milyard dollara almaq niyyətinə görə məhkəməyə müraciət edib.

Bu barədə CNN məlumat yayıb.

İddia Delaver ştatının məhkəməsinə verilib. Fond şirkətin səhmdarlarından biridir. O, təkid edir ki, ştat qanunlarına görə, səhmlərin üçdə ikisinin sahiblərinin razılığı olmadan Mask 2025-ci ilə qədər “Twitter”im alınması ilə bağlı müqaviləni tamamlaya bilməz.

Məhkəmə sənədlərinə görə, Mask Twitter-in səhmlərinin 9%-dən çoxunu əldə etdikdən sonra “maraqlı səhmdar” statusu alıb və bu, sövdələşmənin təxirə salınmasını zəruri edir. “Twitter” məlumata münasibət bildirməyib.

 

 

Son xəbərlər
Digər xəbərlər