1 C
Baku
Saturday, December 14, 2024

ABŞ-da peyvənd olunmuş insanlar arasında 5 mln. dollarlıq mükafat oynanılacaq

ABŞ-ın Ohayo ştatının rəhbərliyi ən azı bir doza peyvənd vurdurmuş yerli sakinlər arasında 5 milyon dollar paylayacaq. Bildirildiyi kimi, lotereya ABŞ əhalisini peyvənd vurdurmağa təşviq etməlidir.

Milyonlarla dollarlıq uduş haqqında Ohayonun qubernatoru Mayk Devayn məlumat verib. Səlahiyyətli orqanlar beş qalib seçəcək, onlardan hər biri 1 milyon dollar alacaq.

Adların siyahısı ştatın verilənlər bazasından götürüləcək. Verilənlər bazasında olmayan sakinlər əlaqə məlumatlarını xüsusi olaraq yaradılmış veb-səhifədə qeyd edə biləcəklər.

Oyunun sponsoru regional Səhiyyə Nazirliyi olacaq, yaşı 18-dən çox olan hər bir kəs lotereyada iştirak edə biləcək. Qeyd edək ki, 12-17 yaş arası peyvənd olunmuş uşaqlar arasında ayrıca oyun keçiriləcək. Pul əvəzinə onlara dövlət tərəfindən təqaüd veriləcək. Məbləğ təhsil haqqını, yaşayış və yemək xərclərini ödəyəcək.

CNBC-nin verdiyi məlumata görə, Ohayo ştatının əhalisinin təxminən 36%-i (4.2 milyon insan) peyvənd olunub. Cons Hopkins Universitetinin bildirdiyi kimi, ümumilikdə 117.6 milyon amerikalı peyvənd olunub. Bu, dünyadakı ən böyük göstəricidir. ABŞ-dan sonrakı yerlərdə Böyük Britaniya (15.8 milyon), Türkiyə (10.6 milyon), Meksika (9.5 milyon) və Rusiya (9 milyon) dayanır.

ABŞ-dan başqa vaksinasiyanı stimullaşdırmağa qərar vermiş dövlətlərdən biri də Serbiyadır. Orada hökumət 31 may tarixidən etibarən peyvənd olunan insanlara 3 min dinar (təxminən 25 avro və ya 30 dollar) ödəniş edəcək.

Son xəbərlər
Digər xəbərlər