13 C
Baku
Friday, May 17, 2024

ABŞ-da təbii qazın qiyməti 13 illik maksimuma çatıb

022-ci ilin yazında ABŞ-da təbii qazın qiyməti keçən illə müqayisədə iki dəfə artaraq 2008-ci il böhranından bəri ən yüksək həddə çatıb və bir min kubmetr üçün 270.58 dollar təşkil edib.

Banker.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin analitikləri iddia edirlər ki, öz qaz yataqları olsa da, bu artımın səbəbi Rusiyaya qarşı sanksiyalar siyasətidir. Onların fikrincə, ABŞ-ın iqtisadi siyasəti Avropa bazarında Rusiyaya qarşı qaz embarqosu təşkil etməkdir.

Bu səbəbdən Avropada qazın qiyməti əhəmiyyətli dərəcədə artsa da, mayeləşdirilmiş qaz tədarükü Rusiyanı əvəz edə bilmir. Buna görə də, ABŞ-ın özündə də qiymətlər artıb.

Bundan əvvəl məlum olub ki, Almaniyada qazın qiyməti Ukraynadakı vəziyyətlə əlaqədar orta hesabla 42.3% artacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər