ABŞ-da üçüncü siyasi partiya yaradılacaq

ABŞ-da keçmiş demokratlar və respublikaçılar üçüncü partiya yaradacaqlar, “Reuters”in verdiyi məlumata görə, yeni partiya “Forward” adlanacaq və ona prezidentliyə keçmiş namizəd Endryu Yanq və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kristin Todd Uitman həmsədrlik edəcəklər.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Onlar dəstəyi artırmaq üçün payızda ABŞ-ın 20 şəhərində tədbirlər keçirəcəklər. Sentyabrın 24-də Hyustonda onlar partiyanın işinə rəsmən start verəcəklər. İlk konqresin 2023-cü ilin yayında keçirilməsi planlaşdırılır.

“Forward” üç siyasi hərəkatın birləşməsi nəticəsində yaranacaq: “The Forward Party”, “The Renew America Movement” və “The Serve America Movement”. O, 2023-cü ilin sonuna qədər 30 ştatda, 2024-cü ilin sonuna qədər isə 50 ştatın hamısında partiyaların qeydiyyatı və seçki bülletenlərinə çıxış əldə etməyi hədəfləyir. Həmin ildə prezident və Konqres seçkiləri keçiriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər