4 C
Baku
Friday, March 29, 2024

ABŞ-dan $200 mlrd.-lıq investisiya

ABŞ prezidenti Co Bayden Almaniyanın ev sahibliyi ilə Elmau sarayında keçirilən G7 Liderlər Zirvə toplantısında keçirilən birgə mətbuat konfransında “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” planını açıqlayıb.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

İnkişaf etməkdə olan ölkələrin epidemiya kimi qlobal sarsıntılarla qarşılaşdıqda təməl infrastruktura malik olmadıqlarına və buna görə də böhranların təsirlərini daha dərindən hiss etdiklərinə diqqət çəkən Bayden, bu vəziyyətin hər kəs üçün təkcə humanitar narahatlıq deyil, həm də iqtisadi və təhlükəsizlik narahatlıqları yaratdığını ifadə edib.

G7 ölkələrinin inkişaf etməkdə olan ölkələrdə davamlı infrastruktur təmin etmək üçün maliyyə yardımlarını artıracağını bildirən Bayden, ABŞ-ın qarşıdakı beş ildə “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” proqramına $200 mlrd. ayıracağını açıqlayib.

Bayden 2027-ci ilə qədər qlobal infrastruktur investisiyaları üçün inkişaf etməkdə olan ölkələrə G7 ölkələri birgə ümumilikdə $600 mlrd. ayrılacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər