-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ demoqrafik böhranla üzləşə bilər

ABŞ-da doğum göstəricisi rekord minimuma çatıb, çünki qadınlar karyeraya daha çox üstünlük verirlər.

Banker.az xəbər verir ki, Ali təhsil almış amerikalılar ailəni deyil, karyeranı daha üstün tuturlar. WSJ ABŞ-da fəaliyyət göstərən Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzinin (CDC) verdiyi məlumatlara istinadən qeyd edir ki, 2018-ci ildə ölkədə yenidoğulanların sayı 3,8 milyona düşüb. Bu, son 32 il ərzində ən aşağı göstəricidir.

Ən böyük azalma gənc və ailə həyatını qurmamış qadınlar arasında qeydə alınıb. 30-dan yuxarı yaşda olan qadınlar qrupuna dair statistika bir qədər yaxşıdır. Əslində, 2018-ci ildə yalnız 35-44 yaşlı qadınlar arasında müsbət dinamika müşahidə edilmişdir. Gənclər dünyaya uşaq gətirmək istəmir.

Ən kəskin azalma ən gənc yaş qrupunda (15-19 yaş) müşahidə olunmuşdur: bu qrupda doğum göstəricisi 1000 qadın başına 17,4 doğum təşkil edir. Bu, 1991-ci ilin  rekord minimum göstəricidən 72% azdır.

“Biz uzun müddət ərzində davam edən bir tendensiyanı müşahidə edirik: gənc analar arasında doğuşların sayı azalır, yetkin yaşına çatmış analar arasında isə artır”, – demoqraf Brendi Xemilton bildirib.

Ən aşağı səviyyə ABŞ-ın Vermont ştatında – 8,7, ən yuxarı səviyyə isə Yuta ştatındandı –  15,77.

Əlbəttə ki, ABŞ-ın statistik göstəriciləri dünyanın bir sıra digər ölkələri ilə müqayisədə daha yüksəkdir. Məsələn, Yaponiya və Avropada vəziyyət daha acınacaqlıdır.

Əslində, qadınların iqtisadi sabitliyi və müstəqilliyi doğuş üçün təşviq rolunu oynamalı idi. Lakin effekt tam əksinə oldu: amerikan qadınlar karyera yüksəlişinə aparan yolu yarıda qoymaq istəmirlər.

 

 

Son xəbərlər
Digər xəbərlər