9 C
Baku
Thursday, December 12, 2024

ABŞ dolları birjalarda bahalaşır – Neft də ondan geri qalmır

ABŞ Federal Ehtiyatlar Sisteminin ötən gün faiz dərəcəsinə dair toplantısından sonra mart ayında uçot faiz dərəcəsi artımına gedə biləcəyi ilə bağlı siqnallar dolları bahalaşdırdı. ABŞ dollarının indeksi 2020-ci ilin iyunundan bu tərəfə ən maksimal həddə keçdi.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 17:10 radələrinə ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısındakı indeksi artaraq 97.13 bəndə qədər yüksəlib. Bu da 2020-ci ilin iyunundan bu tərəfə maksimumdur. Dollaın indeksi 2020-ci ilin iyununda 99.03 bənd zirvəsini görmüşdü.

Cütlüyü Hazırda Dəyişmə Dəyişmə, %
6 əsas valyuta cütlüyü EUR/USD 1.1157 -0.0078 -0.69%
USD/JPY 115.35 0.73 0.63%
GBP/USD 1.3385 -0.0076 -0.56%
USD/CAD 1.2688 0.0025 0.20%
USD/SEK 9.3592 0.0711 0.72%
USD/CHF 0.9309 0.0072 0.78%
Digər USD/TRY 13.6108 0.0351 0.26%
AUD/USD 0.7076 -0.0037 -0.52%
USD/CNY 6.3666 0.0465 0.74%
NZD/USD 0.6612 -0.0037 -0.55%
USD/RUB 78.0768 -1.4192 -1.79%

 

ABŞ-da hazırda 7 faizlik orta illik inflyasiya var ki, bu da 1982-ci ildən bu tərəfə müəyyən olunan maksimumdu. ABŞ FED-i isə faiz dərəcəsini artırmaqla inflyasiyanı cilovlamaq istəyir. Ötən günkü iclasda FED sədri mart ayında faiz artımına gedə biləcəyini işarə etdi. Birjalarda bu açıqlamalara reaksiya olaraq dolların bahalaşmasına səbəb oldu.

Lakin, FED əsas faiz dərəcəsini 0-0.25% həddində sabit saxlayıb. FED işarə edir ki, əməliyyat komitəsi uzunmüddətli perspektivdə məşğulluğu təmin etmək və inflyasiyanı 2% həddində saxlamağa çalışır. Buna görə də komitə federal fondlarda əsas faiz dərəcəsini 0-0.25% həddində saxlamağa qərar verib. İnflyasiyanın artması və əmək bazarının güclənməsi fonunda faiz dərəcəsinə yenidən baxıla bilər.

ABŞ dollarındakı bu bahalaşma fonunda 8 ilin zirvəzinə qalxan neft qiyməti 90 dollardan 87 dollara qədər barrelində eniş yaşadı.

Dolların bahalaşmasına rəğmən neftin qiyməti də onunla eyni marafondadır. Sessiya ərzində Brent neftinin barreli Londonun ICE birjasında 0.47% bahalaşmaqla 89.16 dollara düşüb.

Qızılın unsiyasının (CAMEX) qiyməti isə 0.79% ucuzlaşmaqla 1 805.06 dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər