18 C
Baku
Saturday, May 25, 2024

ABŞ dolları dəyəri son üç ayın maksimumuna qalxdı

Çindən gələn zəif iqtisadi göstəricilərdən sonra təhlükəsiz sığınacaq kimi treyderlər ABŞ dollarını yenidən seçirlər, nəticədə “greenback” ləqəbi valyuta üç ayın maksimumuna yüksəlib.

Banker.az xəbər verir ki, 6 əsas valyuta səbəti qarşısında ölçülən dolların indeksi (DXY) 0.41% artaraq 104.62 bənd səviyyəsinə çatıb. Bu da 2023-cü ilin 28 mayından bu tərəfə ən yüksək zirvədir.

Çərşənbə axşamı günü əvvəl açıqlanan məlumatlar Çinin xidmət fəaliyyətinin avqust ayında səkkiz ayda ən yavaş sürətlə genişləndiyini, Pekinin stimulunun indiyə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatını mənalı şəkildə canlandıra bilmədiyini işarədir.

Digər tərəfdən isə Federal Ehtiyat Sisteminin faizlə bağlı növbəti iclaslarda faizlə bağlı dəyişməz mövqeyi bazara təsir edən digər amildir. Məsələn FED-in faizi nənki qaldırması, faizin hansı müddətə qədər 5%-in üzərində saxlaması birja tərəfindən əsas müzakirə və izlənilən mövzusudur.

Bu xəbərlərdən sonra yuan dollara qarşı 0.43% ucuzlaşaraq 7.3038 səviyyəsinə enib.

Hazırda məşhur valyuta cütlüyü avro/dollar 0.54% enişlə 1.0736 səviyyəsinə, GBP/USD 0.41% enişlə 1.2569 səviyyəsinə düşdüyü halda, USD/JPY 0.66% artımla 147.43 səviyyəsinə, USD/CHF isə 0.51% artımla 0.8887 səviyyəsinə yüksəlib.

Riskə həssas Avstraliya dolları Çindən gələn xəbərlərlə daha çox təsirlənir. Belə ki, AUD/USD 1.35% enişlə 0.6370 səviyyəsinə düşüb.

NZD/USD isə trendin əksi olaraq 1.07% artımla 1.7018 səviyyəsindədir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər