7 C
Baku
Sunday, December 15, 2024

ABŞ dollarının alış-satışında daha çox fərq qoyan banklar

Banker.az Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları (eləcə də Azərpoçt daxil) ABŞ dollarının(USD) alış-satışında ən böyük fərq qoyan bankların siyahısını tərtib edib. Siyahı 03.10.2019-cu il tarixində 10:30 radələrini əhatə edir. 

Düzdür, hazırda bu fərq 2 il öncəki marjadan çox kəskin azdır. Siyahıya əsasən ən böyük fərqlə 0,8 qəpik fərqlə (və ya 0.0080 AZN) “AGBank” ASC dolları alıb-satır. Bu bank 1 ABŞ dollarını 1,6950 manata alıb, 1,7030 manata satır. Məsələm 2 il öncəki fərqə nəzər yetirdikdə görürük ki, USD/AZN alış satış fərqində 10-30 qəpiklik fərqlər vardı. Göründüyü kimi, məzənnədəki “ətalət” bu valyuta bazarındakı dinamikanı səngidə bilib. 

“Amrahbank” və “Xalq Bank” isə bu göstəricidə sonuncudur, yəni, alış-satışında (0,2 qəpik) ən az marja qoyan banklardır.

AMB tərəfindən müəyyən olunan USD/AZN məzənnəsi rəsmi olaraq 1,7000 səviyyəsindədir.

*Yeri gəlmişkən, banklarda daha sərfəli dollar alıb-satan bankların siyahısını öyrənmək üçün Banker.az saytında məzənnə bölməsini ziyarət edə bilərsiniz.

43

Son xəbərlər
Digər xəbərlər