10 C
Baku
Friday, December 13, 2024

ABŞ Dünya Bankının fondu vasitəsilə Ukraynaya daha $1.25 mlrd. ayıracaq

Dünya Bankının trast fondu vasitəsilə ABŞ ilin sonuna kimi Ukraynaya daha 1.25 milyard dollar ayıracaq. Bu pul hərbi yardıma deyil, əhalinin həssas təbəqələrinə, dövlət qulluqçularına, həkimlərə, müəllimlərə və xilasedicilərə dəstək olacaq. Bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Müvafiq protokol Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində Amerika qrantının cəlb edilməsi üzrə danışıqlardan sonra imzalanıb.

Dünya Bankı və Ukrayna Maliyyə Nazirliyi təqribən 26.6 milyard dollar məbləğində 20 birgə layihə həyata keçirir ki, bunun təxminən 6.6 milyard dolları kredit vəsaitləri, 20 milyard dolları isə qrant vəsaitləridir.

Müvafiq protokol Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində Amerika qrantının cəlb edilməsi üzrə danışıqlardan sonra imzalanıb.

Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, gələn il Ukrayna hakimiyyəti ABŞ-dan 12-14 milyard dollar məbləğində yardım tələb edəcək. Nazir bunu Rusiya ilə davam edən hərbi münaqişə şəraitində büdcə xərclərinin hələ də yüksək olması ilə izah edib.

Son xəbərlər
Digər xəbərlər