8 C
Baku
Thursday, March 28, 2024

ABŞ enerji sistemlərinin bərpasında Ukraynaya yardım göstərəcək

ABŞ administrasiyası Ukrayna hakimiyyətinə ölkənin enerji sistemlərinin bərpasında kömək etmək variantlarını araşdırır.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ administrasiyası Ukrayna infrastrukturuna, o cümlədən enerji sistemlərinə və şəbəkəsinə dəyən ziyanı təmir etmək üçün Kiyevə kömək etmək məqsədilə qısa müddətdə nə edilə biləcəyini anlamağa çalışır.

“Biz regionda müttəfiqlər və tərəfdaşlar, oxşar enerji sistemlərinə malik qonşular axtarırıq, həmçinin ehtiyat hissələrinin təmin edilməsi və texniki yardımın göstərilməsi imkanlarını araşdırırıq. Biz regiondakı müttəfiqlərimiz və tərəfdaşlarımızla bu obyektlərin bəzilərinin işlək vəziyyətə qaytarılması və təmiri üçün təcili olaraq nə edilə biləcəyini müzakirə edirik”.

O, həmçinin bildirib ki, ABŞ uzunmüddətli perspektivdə müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanın qışda yanacaq və alternativ yanacaq mənbələrinə malik olmasını təmin edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər