29 C
Baku
Sunday, June 16, 2024

ABŞ “Ethereum” üçün ETF-lərin işə salınmasını təsdiqləyib

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ikinci ən böyük kriptovalyuta “Ethereum” üçün ETF-lərin işə salınmasını və bu qiymətli kağızların NASDAQ, NYSE və CME birjalarında listinqini rəsmi olaraq təsdiqləyib.

“Bloomberg” xəbər verir ki, “Bitcoin”ə ekvivalent “Ethereum” fondlarının təsdiqlənməsi pərakəndə investorların iki aparıcı kriptovalyuta ilə daha asan ticarət edə biləcəkləri deməkdir.

Mütəxəssislərin fikrincə, səhmlərin faktiki olaraq birjalara daxil olması daha bir neçə həftə çəkəcək. Hesabat zamanı “Ethereum”un qiyməti 3800 dollar olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər