8 C
Baku
Thursday, December 12, 2024

ABŞ iki ölkənin müstəqilliyini tanıdı

ABŞ prezidenti Co Bayden ölkəsinin Sakit okeanın ada ölkələrindəki proqramlara 810 milyon dollardan çox yardım edəcəyini və iki ada dövlətin müstəqilliyini tanıdığını açıqlayıb.

Banker.az xəbər verir ki, Bayden bu barədə Vaşinqtonda baş tutan ABŞ-Sakit Okean Adaları Ölkələri Sammitində çıxışında danışıb.

ABŞ və Sakit Okean Adaları ölkələri arasında uzun illərdir davam edən diplomatik və müdafiə əlaqələrinə diqqət çəkən Bayden bildirib ki, Sakit okean adalarının təhlükəsizliyi ABŞ-ın prioriteti olaraq qalır.

Sammit çərçivəsində Sakit Okean Adaları ilə bir çox ortaq qərarlar aldıqlarını ifadə edən Bayden ABŞ-ın Sakit Okean adalarında yaşayanların həyatlarını yaxşılaşdıracaq proqramlara 810 milyon dollardan çox yardım edəcəyimizi açıqlayııb. Bu yardımın 330 milyonu yeni investisiyalara və iqlim dəyişikliyi ilə bağlı proqramlara sərf olunacaq.

ABŞ-ın bu ölkələrlə hər sahədə əlaqələrini davam etdirəcəyini ifadə edən Bayden deyib: “Kuk Adaları və Niuenin də müstəqilliyini tanıdığımızı elan etməkdən məmnunluq duyuram”.

Qeyd edək ki, Sammitdə Kuk adaları, Fici, Fransız Polineziyası, Mikroneziya, Marşal adaları, Nauru, Yeni Kaledoniya, Palau, Papua Yeni Qvineya, Samoa, Solomon adaları, Tonqa, Tuvalu və Vanuatudan nümayəndələr iştirak edir. Bundan əlavə, Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları Forumunun baş katibi Henri Puna sammitdə müşahidəçi qismində iştirak edir.

 

Son xəbərlər
Digər xəbərlər