5 C
Baku
Saturday, December 14, 2024

ABŞ ilə bağlanacaq ticarət müqaviləsi Çin üçün iqtisadi intihar olacaq

Çin və ABŞ arasında ticarət müqaviləsinin bağlanması ilə bağlı olan ümidlər artmaqla yanaşı, dünya bazarları da böyüyür.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, nikbinliyin digər səbəblərindən biri razılaşma ərəfəsində Çinin valyuta manipulyasiyalarını həyata keçirən ölkələr siyahısından çıxarılması olmuşdur. Mətbuatda Çinin yaxın 2 il ərzində 200 milyard dollar dəyərində sənaye və kənd təsərrüfatı məhsullarını, enerji və xidmətlər alacağını vəd etməsi barədə danışılır.  

Bunlar çox vacib öhdəliklərdir və bir çox müşahidəçi Çinin öz üzərinə bu qədər ağır yük götürməsini əsassız hesab edir. Bundan əlavə, bu yuana görə asan olmaya bilər.

Son aylarda Çin yuanı ABŞ dollarına qarşı durmadan artmaqdadır, ticarət danışıqları xəbərləri fonunda yuanın qiyməti artıq 6,88 səviyyəsinə çatıb. Bununla birlikdə, çoxları yuanın böyüməsinin ticarət müqaviləsinin bir hissəsi olduğuna inanırlar və burada əsas suallardan biri Çinin məzənnəsini möhkəmləndirmək üçün nələrə əl atmalı olacağıdır.

1980-cı illərdə Yaponiya Çin vəziyyətində idi. O dövrün ən böyük mərkəzi bankları arasında müqavilənin bağlanması, Amerika valyutasının əsas rəqiblərinə münasibətdə zəifləməsi tendensiyasını yaratdı. Lakin Yaponiya üçün bu, iqtisadi intihara bərabər idi. Valyuta məzənnəsinin kəskin artması Yaponiyanı zombi iqtisadiyyatına çevirdi.

İndi iqtisadi böhran zamanı yapon yeni artır və bu, ixrac yönümlü iqtisadiyyatı daha da sarsıdır. Yüksək məzənnə ölkədə inflyasiya səviyyəsini aşağı salıb, hansıki Mərkəzi Bankın yumşaq pul siyasəti ilə belə bərpa ola bilmir.

Yaponiya və Çin arasındakı əsas fərq ondan ibarətdir ki, Yaponiya ABŞ-dan daha çox asılı idi.

Gələcək iqtisadi meyllərin mühüm göstəricisi ola və ticarət meydançalarının tonunu təyin edə biləcək valyuta bazarının dinamikasını diqqətlə izləmək lazımdır. İndiyədək asiyalı investorların əhval-ruhiyyəsinin göstəricisi kimi qəbul edilən Avstraliya və ABŞ dolları cütlüyü kəskin reaksiya verməyib: 2009-cu ildən bəri onlar 0,700 səviyyəsindədir. Bundan əlavə, avro və dollar da çox ehtiyatla azalır.  

Son xəbərlər
Digər xəbərlər