25 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın ən böyük bankları 300-ə yaxın filialını bağlayıb

“Wells Fargo”, “Citigroup” və “JPMorgan Chase” daxil olmaqla ən böyük ABŞ bankları rəqəmsallaşmanın inkişafı kontekstində 2021-ci ilin birinci yarısında 300-ə yaxın filialını bağlayıb və işçilərinin sayını azaldıb.

Banker.az “Tass”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı günü “Financial Times” yazıb.

ABŞ-da ən çox filiala sahib olan “Wells Fargo” bank şəbəkəsinin 3% -i olan 154 filialını bağlayıb və işçilərinin sayını 6% azaldıb. “Müştərilərimiz getdikcə bankın rəqəmsal imkanlarına üstünlük verirlər”, – deyə bankın maliyyə direktoru Mayk Santomassimo qeyd edib. “Bu və digər dəyişikliklər filialların iş saatlarını tənzimləyimizə imkan verib”, – rəhbər əlavə edib.

“Citigroup” dünyadakı filial sayını təxminən 4% (100) azaldıb, eyni zamanda bankın ABŞ, Meksika və Asiya ölkələrindəki şöbələri bağlanıb. “JPMorgan Chase” təxminən 40 filialını (bank şəbəkəsinin 1%-i) bağlayıb. Son on ildə filial trafiki azalsa da, banklar müştəriləri cəlb etmək üçün ofislərin hələ də vacib olduğuna inanırlar.

Analitiklər onlayn bankçılıq və mobil tətbiqetmələrin sonda bank filiallarının və iş yerlərinin sayının azalmasına səbəb olacağını çoxdan proqnozlaşdırıblar. Koronavirus pandemiyası rəqəmsal texnologiyaların yeridilməsi prosesini daha da sürətləndirib. Bank tətbiqetmələrindən istifadə etməkdə tərəddüd edən müştərilər belə məhdudlaşdırıcı tədbirlər dövründə rəqəmsal platformalara köçməyə məcbur olub.

Son xəbərlər
Digər xəbərlər