8 C
Baku
Friday, March 29, 2024

ABŞ-ın ən yüksək ödənişli icraçısı İlon Maskdır

The New York Times qəzeti 2018-ci ilin ən yüksək ödənişli menecerlər sıralamasını nəşr edib. Reytinqdə birinci yeri “Tesla” şirkətinin baş icraçı direktoru İlon Mask tutub – onu mükafatı 2018-ci ildə 4 575 310% artaraq 2,284 milyard dollar təşkil edib. Bu məbləğdən 55 min ABŞ dolları biznesmenin əmək haqqı, qalan hissəsi səhm ehtiyatlarıdır.

Banker.az xəbər verir ki, “Tesla” şirkətin işçilərinin orta əmək haqqı 55,1 min dollar təşkil edir. Bu göstəriciyə görə, “Tesla” reytinqdə 138-ci yerdədir.

ABŞ-da ən yüksək ödənişli şirkət rəhbərləri:

  • İlon Mask (Tesla), $2,284 mlrd. (2017-ci ildə $0,050 mln.)
  • David Zaslav (Discovery Inc.), $129 mln. ($42 mln.)
  • Nikesh Arora (Palo Alto Networks), $125 mln. (məlumat yoxdur)
  • Michael Heard (Oracle), $108 mln. ($41 mln.)
  • Safra Catz (Oracle), $108 mln. ($41 mln.)
  • Jennifer Carole (T-Mobile US), $67 mln. ($24 mln.)
  • Rober Allen (The Walt Disney), $66 mln. ($36 mln.)
  • James Heppelmann (PTC), 5$0 mln. ($11 mln.)
  • Fabrizio Frida (Este Lauder), $48 mln. ($18 mln.)
  • Vivek Shah (J2 Global), $45 mln. (məlumat yoxdur)

Əməkdaşların əmək haqqına gəldikdə, orta gəlirin səviyyəsinə görə aşağıdakı şirkətlər fərqlənirlər:

  • Celgene – $263 min
  • Vertex Pharmaceuticals – $232 min
  • Facebook – $228 min
  • Palo Alto Networks – $223 min
  • Alexion Pharmaceuticals – $223 min
  • Netflix – $202 min
  • Philips – $196 min
  • Servicenow – $192 min
  • United Therapeutics – $189 min
  • Anadarko Petrolium – $183 min

 

 

Son xəbərlər
Digər xəbərlər