7 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın ən böyük kriptobirjası baş ofisini bağlayır

Amerikanın “Coinbase” kriptobirjası San-Fransiskodakı baş ofisini 2022-ci ildə (keçmiş qərargahını) bağlamağa və distant iş rejiminə keçməyə qərar verib.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, şirkət bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Coinbase”in rəhbəri Brayan Armstronqun sözlərinə görə, distant iş birjaya “geniş imkanlar və strateji üstünlük verir”.

Qeyd edildiyi kimi, evdən işləmək istəməyən əməkdaşlar üçün “kiçik” otaqlar şəbəkəsi yaradılacaq.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, blokçeyn texnologiyası və kriptovalyutaların əsasında demərkəzləşdirmə dayanır və bu sahədə fəaliyyət göstərən bir çox şirkət dövlət tənzimlənməsindən qaçmağa çalışır. Məsələn, dünyanın ən böyük kriptobirjası olan “Binance”ın da qərargahı yoxdur.

Brayan Aemstronq və Fred Ersam “Coinbase”i 2012-ci ildə qurublar. Hal-hazırda bu birja təxminən 50 kriptovalyutada əməliyyatlar həyata keçirir. Hesablamalara görə, 2020-ci ildə “Coinbase” kriptovalyuta bazarının 11%-nə nəzarət edib. Birinci rübdə “Coinbase”də 55 milyon pərakəndə investor fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər