13 C
Baku
Friday, April 19, 2024

ABŞ-ın ən böyük pərakəndə şəbəkəsi olan Sears bağlanacaq

Ötən ilin oktyabr ayında iflası haqqında xəbər vermiş Sears Holdings Corp, biznesini bərpa etmək yollarını görmür və şirkətin bağlanmasına icazə almaq məqsədi ilə məhkəməyə müraciət etmək niyyətindədir.

Banker.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

1893-cü ildə Richard Sears və Alva Robuck tərəfindən qurulan Sears, Roebuck & Co. adlı şirkət, ABŞ-da ən böyük pərakəndə şəbəkələrdən biri olmuşdur. Sears, kataloqlar vasitəsilə sifariş edilmiş məhsulların poçt vasitəsi ilə çatdırılmasını sınamış ilk şəbəkələrdən biri olub.

Lakin, son illərdə şirkət bazardakı dəyişikliklərə uyğunlaşa bilməyib. Sears, Amazon.com da daxil olmaqla alıcılara və ya onlayn tacirlərə daha aşağı qiymət təklif edən Walmart və Costco ilə rəqabətə davam gətirə bilməyib.

Məhkəmənin təqdim etdiyi sənədlərinə görə, Sears-ın borcu 10 milyard dolları aşır.

Sears-ın ən böyük səhmdarı ESL Investments fondunun təsisçisi olan Edvard Lampert olmuşdur. O, bu biznesi xilas edə biləcəyinə inanırdı.

İflas üçün müraciət edərkən, Sears təxminən 700 Sears və Kmart mağazalarını idarə edirdi, şirkətdə təxminən 70,000 nəfər çalışıb.

 

Son xəbərlər
Digər xəbərlər