22 C
Baku
Tuesday, April 23, 2024

ABŞ-ın 60 yaşlı milyarderi helikopter qəzasında həlak oldu

ABŞ milyarderi Kris Klayn (Christopher Cline) Baham adalarında qəzaya uğramış helikopterdə olub.  Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın “Metro News” portalı məlumat yayıb.

Baham adalarından ABŞ-a uçan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. 60 yaşlı Kris Klayn ABŞ-ın Qərbi Virciniya ştatında yaşayırdı. “Forbes”in məlumatına görə, onun sərvəti 1,8 milyard dolları ötmüşdü. K.Klyan eləcə də Kanada “Nova Scotia” adlı mədən şirkətinin sahibi idi. Bu işə isə 15 yaşından başlamışdı.

Daha əvvəl “Associated Press” agentliyi Baham adalarından ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərinə uçan helikopterin qəzaya uğraması və nəticədə 7 nəfərin həlak olması barədə xəbər yayıb. Həlak olanların hamısı ABŞ vətəndaşlarıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər