12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-ın “bitcoin”i qadağan etməsi nə qədər realdır?

ABŞ Prezidenti Donald Trump iyulun 11-i Twitter hesabında ilk dəfə olaraq bitcoin haqqında post paylaşaraq qeyd edib ki, kriptovalyutaların əsası yoxdur və onları valyuta adlandırmaq olmaz. O, dünyanın yeganə etibarlı və güclü valyutasının ABŞ dolları olduğunu deyib. Bu açıqlamanın bitkoinin qiymətinə gözə çarpan təsiri olmadı lakin sonradan Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Jerome Powell və ABŞ-ın maliyyə naziri Steven Mnuchin bəyanatları kriptovalyuta bazarında qiymətlərin enməsinə səbəb oldu. FED rəhbəri Jerome Powell bitkoini qızılın alternativi olaraq spekulyativ yığım vasitəsi olduğunu deyib. Maliyyə naziri Steven Mnuchin isə kriptovalyutaların qanundan kənar istifadəsini milli təhlükəsizlik məsələsi adlandırıbvə qeyd edib ki, hökumət heç bir qüvvəyə qlobal rezerv valyutası kimi ABŞ dollarını təhdid etməyə icazə verməyəcək. Əslində bu bəyanatlar son dövrlərdə kriptovalyutalar barədə ən yüksək səviyyədə verilən reaksiya idi. 

ABŞ-ın yüksək rütbəli vəzifəli şəxslərinin açıqlamaları heç də təsadüfi deyil və onu deməyə əsas verir ki, onlar rəqəmsal aktivlərin ABŞ dollarına rəqib olma potensialını artıq indidən anlayırlar. ABŞ höküməti öz vətəndaşlarına bitkoindən istifadəyə qadağa qoya bilər, necə ki, Venesuela kriptovalyutası olan El Petro ilə bağlı etmişdi. Ancaq nəzərə almaq lazımdır ki, “El Petro” qadağası ABŞ-ın sırf xarici siyasət məsələsi idi. Bitkoinlə bağlı məsələ isə fərqlidir. Əgər ABŞ Prezidenti banklara kriptovalyuta birjaları və kripto xidmətlər göstərən operatorlarla işləməyi qadağa qoyarsa, bu kriptovalyuta bazarına ciddi təsir edəcək, BTC isə ABŞ-da izolyasiya edilmiş qeyri-likvid aktivə çevrilə bilər. Lakin bunu etmək üçün ABŞ hökuməti Konqresi bitkoni qadağan etmək üçün inandırmalıdır.

Beləliklə, nəzəri olaraq bitcoin qadağası ABŞ-da tətbiq edilə bilər lakin bunun Konqres tərəfindən qəbul edilməsi ehtimalı çox kiçikdir. Çünki Konqresin Prezidentin təklifini rədd etmək ixtiyarı var və senatorlar arasında bitkoinə münasbət birmənalı deyil. Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ-ın bir çox ştatında bitkonə münasibət olduqca loyaldır və hətta bəzi ştatlarda (Oqayo, Wyoming) vergiləri bitkoinlə ödəmək mümkündür.

Müəllif:
Elnur Quliyev

Son xəbərlər
Digər xəbərlər