2019-cu ildə bu göstərici əvvəlki il ilə müqayisədə 17,1% yüksək olmuşdur.
Banker.az xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin verdiyi məlumata görə, 2019-cu təqvim ilində ölkənin büdcə kəsiri 1 trilyon dollardan çox olub. Bu, 7 ildə ilk dəfədir ki, baş verir.
Maliyyə ilinə gəldikdə, oktyabr ayında büdcə kəsiri 356,6 milyard dollar təşkil edib (keçən il ilə müqayisədə 11,7% çox). Bu temp davam etsə, 2019-2020-ci maliyyə ilin sonuna qədər büdcə kəsirinin 1 trilyon dolları keçəcəyi ehtimal olunur.
Daha əvvəl Donald Tramp, təşviq siyasətinin, o cümlədən korporativ verginin azaldılması və təcavüzkar tənzimləmənin “qırmızı mürəkkəb” axınının qarşısını almağa kömək edəcəyini vəd etmişdir. Lakin bunun tamamilə əski baş verib. Büdcə kəsirini artdıqca ABŞ-ın hazırda 23,3 trilyon dollar təşkil edən dövlət borcu da artmağa davam edir.