ABŞ-ın Energetika Nazirliyi 2021-ci ildə “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozu bir qədər aşağı salıb – bir barel üçün 68.78 dollardan 68.71 dollara qədər.
Banker.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin İnformasiya İdarəsinin hesabatında deyilir.
Agentlik həmçinin 2021-ci ilin avqustundan noyabrına qədər “Brent” markalı neftin qiymətinin orta hesabla 72 dollar olacağını gözləyir. Bununla yanaşı, 2022-ci ildə, nazirliyə görə, OPEC+ ölkələri tərəfindən neft hasilatının artırılması fonunda neftin qiyməti 66 dollara enəcək.
“WTI” xam neftinin qiyməti 2021-ci ildə bir barel üçün 65.93 dollar, 2022-ci ildə isə 62.37 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.