8 C
Baku
Friday, December 13, 2024

ABŞ-ın fond indeksləri tarixi maksimumu yeniləyib

ABŞ-ın əsas fond indeksləri Co Baydenin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğu xəbəri fonunda tarixi maksimumu yeniləyib.

Banker.az xəbər verir ki, “Dow Jones” sənaye indeksi ən yüksək səviyyəyə – 35895.36 bəndə çatıb. Noyabrın 22-də Bakı vaxtı ilə saat 20:00-da onun göstəricisi 35847.51 olub.

“Nasdaq” indeksi də rekord həddə çatıb. Onun yeni tarixi maksimumu 16404.88 bənddir. Lakin bununla belə, rekord səviyyəyə çatdıqdan sonra “Nasdaq” əhəmiyyətli dərəcədə aşağı düşüb.

“S&P 500” indeksi 0.64% artaraq 4742.12 bəndə yüksəlib.

Qeyd edək ki, Donald Trampın tərəfdarı Cerom Pauellin səlahiyyət müddəti fevralda başa çatır. Solçu iqtisadçı, Federal Ehtiyatlar Sisteminin (FED) Rəhbərlər Şurasının üzvü və Barak Obamanın keçmiş müdafiəçisi Lael Breynard da namizədlər sırasındadır.

Son xəbərlər
Digər xəbərlər