ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mallinin təhqiqat altında olduğu və onun yerinə müavininin vəzifələrini icra etməyə başladığı bildirilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu barədə verdiyi açıqlamada Robert Mallinin məzuniyyətdə olduğunu hələ də İran üzrə xüsusi elçi olduğunu bildirib: “Robert Malli məzuniyyətdədir. Abram Paley isə İran üzrə xüsusi elçi vəzifəsini icra edir və Departamentin bu sahədə işinə rəhbərlik edir”.
Eyni zamanda, CNN ABŞ rəsmisinə istinadla bildirib ki, Robert Mallinin məxfi məlumatlardan sui-istifadə etməsi ilə bağlı aparılan araşdırmaya qədər onun təhlükəsizlik rəsmiləşdirilməsi dayandırılıb.
Məlumata görə, Robert Malli barəsində istintaq bitənə qədər ödənişsiz məzuniyyətə çıxıb. Diplomat məxfi sənədlərin saxlanmasında ehtiyatsızlıq və şəxsi maraqlarını güdməkdə ittiham olunur.
Qeyd olunub ki, Mallinin fəaliyyəti Dövlət Departamentinin gizli məlumatların mümkün səhv idarə olunmasına dair diplomatik təhlükəsizlik araşdırması fonunda dayandırılıb.
Robert Malli CNN-ə açıqlamasında təhkükəsizlik sorğusunda olduğunu təsdiqləyib: “Mənə məlumat verildi ki, təhlükəsizlik sorğum nəzərdən keçirilir. Mənə əlavə məlumat verilməyib amma araşdırmanın tezliklə və müsbət nəticələncəyini gözləyirəm”.