19 C
Baku
Sunday, May 19, 2024

ABŞ-ın kommersiya neft ehtiyatları 440 mln. bareldən aşağı enib

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 17 049 min barel azalaraq, 439 771 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 367 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər