ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beyker və həyat yoldaşı Syuzan yeni növ koronavirus xəstəliyinə tutulublar. Banker.az verilən məlumata əsasən xəbər verir ki, , hal-hazırda onlar karantin rejimindədirlər.
Xatırladaq ki, ABŞ yeni koronavirusa yoluxma sayına görə dünyada birinci yerdədir. Con Hopkins Universitetinin qiymətləndirmələrinə görə, ölkədə 5,5 milyondan çox yoluxma halı qeydə alınıb, 174 min nəfər dünyasını dəyişib.