25 C
Baku
Monday, April 29, 2024

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları növbəti dəfə genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, yeni sanksiyalar İranın neft-kimya sahəsi ilə məşğul olan şirkətlər daxil olmaqla, 9 şirkətə qarşı tətbiq olunub.

Qeyd edilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın neft-kimya sahəsi, neft istehsalı, satışı və Asiyada alıcılara daşınmasında mühüm rol oynayan, yüz milyonlarla dollar dəyərində əməliyyatlar həyata keçirən 9 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Sanksiya tətbiq edilən şirkətlər arasında İranın ən böyük polietilen istehsalçısı olan “Amir Kabir Petrochemical Company” də var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər