-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ İrana xəbərdarlıq edib

“Əgər İranla gərginlik artarsa ​​və regionda gəmiçiliklə bağlı rəsmi Tehran tərəfindən təhdidlər aşkar olunarsa, Amerika Birləşmiş Ştatları Fars körfəzi ərazisinə növbəti dəfə əlavə qüvvələr və aktivlər göndərməyə hazırdır”.

Bunu ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığının komandanı, general-leytenant Aleksus Qrinkeviç bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın döyüşə hazır amfibiya qüvvəsi də daxil olmaqla, yerüstü gəmilərin genişləndirilmiş mövcudluğu İranın gəmiçiliyə qarşı hər hansı hərəkətindən çəkindirib:

“Lakin bizim göndərməyə çalışdığımız mesaj ondan ibarətdir ki, biz konkret təhlükəyə cavab olaraq qüvvələr yaratmışıq ki, bu da regionun ABŞ üçün əhəmiyyətini nümayiş etdirir. Ümid edirəm ki, İran tərəfi siqnalı alıblar və uzun müddət mövqelərində qalacaqlar”.

General əlavə edib ki, ABŞ-ın bu yaxınlarda əlavə qüvvələrinin, o cümlədən beşinci nəsil “F-35” qırıcı-bombardmançılarının Fars körfəzinə yerləşdirməsi Tehranın destruktiv planlarına təsir göstərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər