19 C
Baku
Tuesday, April 16, 2024

ABŞ İranı hədələyib

İran Rusiyaya pilotsuz uçuş aparatlarını verərsə, ABŞ və müttəfiqləri bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bunu jurnalistlər üçün brifinq zamanı ABŞ DÖvlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“İran tərəfindən Rusiaynın pilotsuz texnologiya ilə təmin olunması ilə bağlı narahatlığımızı artıq ifadə etmişik. Biz vəziyyəti izləməyə davam edəcəyik. Bütün sanksiyalarımız qüvvədə qalır. Bu qəbildən olan istənilən əməliyyat bizim əlimizdə olan bir sıra sanksiyalarla, eləcə də, ehtimal ki, dünyanın digər ölkələrindən bir sıra sanksiyalarla nəticələnəcək”, – deyə N.Prays bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden administrasiyasından daha əvvəl bildirib ki, İran Rusiyaya bir neçə yüzə qədər pilotsuz uçuş aparatı, o cümlədən silah daşıya bilən PUA-lar verməyi planlaşdırır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər