26 C
Baku
Saturday, July 27, 2024

ABŞ istehsalı olan kombaynlar gətirilir

“Yaxın günlərdə ABŞ istehsalı olan pambıq yığan kombaynlar Azərbaycana gətiriləcək”. Bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

O bildirib ki, ölkə ərazisində sentyabrın 15-dən başlayaraq pambığın mütəşəkkil qaydada yığılmasına başlanılacaq.

Nazir müavinin sözlərinə görə, əvvəlki illərlə müqayisədə son 2 ildə ölkəyə daha çox cins heyvan gətirilib: “Biz bitkiçilik sahəsi ilə yanaşı heyvandarlıq sahəsində də mühüm nəticələr əldə etməyi qarşıya məqsəd qoymuşuq. Artıq bahalı cins heyvanların ölkəmizə gətirilməsini azaltmaq, daha çox süni mayalanma işlərini aparmaqla heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmağı qarşıya məqsəd qoymuşuq. Bu strateji hədəf nəzərə alınaraq hökumət tərəfindən dəstək tədbiri həyata keçirilir. Artıq cari ildən süni mayalanma yolu ilə alınmış hər bir buzova dövlət tərəfindən 100 manat subsidiya veriləcək”.

S. Talıblı yaxın zamanda respublika süni mayalanma mərkəzi istifadəyə veriləcək: “Bu bizim müəyyən ixrac imkanlarımıza zəmin yaradacaq”.

APA

Son xəbərlər
Digər xəbərlər