2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-Kanada sərhədi bağlanır

ABŞ ilə Kanada koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə iki ölkə arasındakı sərhəddən təxirəsalınmaz səfərlər istisna olmaqla bütün səyahətləri dayandırmağa hazırlaşır.

TASS xəbər verir ki, məlumatı Ağ Evdən bildiriblər.

Məlumata görə, yeni məhdudiyyət sərt olmayacaq və ölkələrarası ticarət əlaqələri davam etdiriləcək.

Qeyd edək ki, ötən həftə Ağ ev Şengen zonasına daxil olan dövlətlər, habelə Böyük Britaniya və İrlandiya vətəndaşlarına ABŞ-a səyahəti qadağan edib. Bu məhdudiyyətədək uyğun qayda Çin və İran vətəndaşlarına tətbiq edilmişdi.

Martın 16-da Kanadanın Baş naziri Castin Trüdo koronavirusa görə ölkənin sərhədlərinin bağladığını elan edərək bildirib ki, ABŞ ilə sərhəd yalnız amerikalılar və kanadalılar üçün hələlik açıq saxlanılacaq

©Report

Son xəbərlər
Digər xəbərlər