5 C
Baku
Saturday, December 14, 2024

ABŞ kimyəvi silahların məhv edilməsinə 50 milyard dollardan çox pul xərcləyib

Bəyan edilmiş kimyəvi silah ehtiyatlarının məhv edilməsi ABŞ-a 50 milyard dollardan baha başa gəlib.

Bu barədə ABŞ müdafiə nazirinin köməkçisinin müavini Kinqston Rif Silahlara Nəzarət Assosiasiyasının onlayn tədbiri zamanı bildirib.

“Bütün kimyəvi silahsızlaşdırma və 30,6 min ton agentin məhv edilməsi proqramının ümumi dəyəri təxminən 38 milyard dollardır. Kolorado və Kentukki ştatlarında kimyəvi silah ehtiyatlarının son 10%-nin məhv edildiyi əlavə proqramın dəyəri isə təqribən 14 milyard dollar təşkil edib”, – o deyib.

K.Rif əlavə edib ki, kimyəvi silahların ləğvi prosesi başa çatdıqdan sonra ABŞ onların məhv edildiyi obyektləri sökəcək. “Kimyəvi silahların ləğv edildiyi obyektlərin bağlanması üç-dörd il və təxminən 2 milyard dollar tələb edəcək”, – o bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 7-də bəyan edilmiş kimyəvi silah ehtiyatlarının ləğvinin başa çatdığını elan edib. Konvensiyaya qoşulan zaman ABŞ-ın ehtiyatları 31,5 min ton civarında qiymətləndirilirdi.

Son xəbərlər
Digər xəbərlər