12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ Konqresi 1.5 trln. dollarlıq maliyyələşdirmə paketini təsdiqləyib

ABŞ Senatı cari maliyyə ili üçün (keçən ilin oktyabrında başlayıb) 1.5 trilyon dollarlıq maliyyələşdirmə paketini qəbul edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, iclas qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.

Təşəbbüsü 68 senator dəstəkləyib, 31 senator isə qərarın əleyhinə səs verib. Qəbul edilmiş paketə Ukraynaya 13.6 milyard dollar məbləğində humanitar, hərbi və iqtisadi yardım daxildir.

Çərşənbə günü sözügedən təşəbbüs ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Ağ Ev prezident Co Baydenin təşəbbüsünü imzalayacağını bildirib.

Konqresin təsdiq etdiyi maliyyəyə müdafiə üçün təxminən 780 milyard dollar, digər xərclərə isə 730 milyard dolların ayrılması daxildir.

Son xəbərlər
Digər xəbərlər