4 C
Baku
Sunday, March 3, 2024

ABŞ Konqresi Baydenin impiçmenti məsələsini qaldıracaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Corciya ştatından seçilmiş respublikaçı Marcori Teylor Qrin Konqresdə ABŞ Prezidenti Co Baydenin vəzifəsini yerinə yetirmədiyinə və ölkə sərhədlərini qorumadığına görə impiçment prosedurunu başlatmaq niyyətindədir.

Bu barədə o, cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

“Tam ciddi şəkildə bu gün Amerikanı sonuncu yerə qoyan və 2021-ci il yanvarın 20-dən bu ölkənin sistemli şəkildə məhv edilməsi ilə məşğul olan ABŞ Prezidenti Co Baydenin impiçmenti üçün proseduru başlatmaq niyyətimi bildirirəm”, – Qrin deyib.

“Onun cənub sərhədi ilə bağlı siyasəti, sərəncam və bəyənatları qanunlarımızı pozub və ölkəmizi məhv edib. Bayden öz konstitusiya borcunu kobud şəkildə pozub və milli təhlükəsizliyimizə bilavasitə təhlükə yaradır”, – respublikaçı xanım söyləyib.

Onun fikrincə, Bayden ABŞ prezidentinin vəzifələrini yerinə yetirmək iqtidarında deyil, ona impiçment elan edilməlidir.

Son xəbərlər
Digər xəbərlər