9 C
Baku
Friday, December 13, 2024

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.

Qərarın əleyhinə 232 nəfər səs verib, 197 nəfər sənədin əleyhinə çıxıb, 5 nəfər isə səs verməyib.

İmpiçment bir maddə üzrə elan edilib – qiyama təhriketmə. Qətnamədə bildirilir ki, Trampın hərəkətləri Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən “ağır cinayətlər və səhv hərəkətlər” ifadəsinə uyğundur.

Trampı hakimiyyətdən vaxtından əvvəl kənarlaşdırmaq üçün onun Senatda prosesin nəticəsinə görə ittiham edilməsi lazımdır, ancaq respublikaçılar yanvarın 20-də Co Baydenin inauqurasiyasına qədər Senatı tətildən geri çağırmağa razılaşmayıblar.

Yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək “zəif respublikaçılara kömək etmək üçün” Kapitoliyə getməyə çağırıb. Trampın tərəfdarları Kapitolini mühasirəyə alıb, onlar bundan sonra zorla binaya girib və prezident seçkilərində Co Baydenin qələbəsini təsdiqləyən Konqresin birgə sessiyasını yarımçıq kəsiblər.

Hadisələr zamanı baş verən qarışıqlıqlar zamanı beş nəfər həlak olub.

Son xəbərlər
Digər xəbərlər