1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Kosovonu avrodan istifadə qərarına yenidən baxmağa çağırıb

ABŞ Kosovonun avrodan istifadəyə keçmək niyyətini və dolayı yolla serb dinarını qadağan etmək qərarını yenidən nəzərdən keçirməsini istəyir.

Birləşmiş Ştatların Kosovodakı səfirliyi ölkə hakimiyyətini bu qərara yenidən baxmağa çağırıb. Bildirilib ki, Kosovo hökuməti qərardan təsirlənən icmalarla məsləhətləşmələr aparmalı, beynəlxalq ictimaiyyətin narahatlıqları aradan qaldırmalı, qərarın icrası üçün vaxt ayırmalı və onun müvafiq əhaliyə təsirini azaltmalıdır.

Qeyd edək ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə veriləcək. Digər valyuta növləri isə fiziki formada və ya bank hesablarında saxlanıla, eləcə də beynəlxalq ödənişlər və valyuta əməliyyatlarında istifadə edilə bilər.

Kosovonun bu niyyəti ölkənin şimalındakı bələdiyyələrdə yaşayan serblər tərəfindən narazılıqla qarşılanıb. Avropa Komissiyası da tərəfləri iki ölkə arasında normallaşma prosesinə mənfi təsir edəcək hərəkətlərdən çəkinməyə çağırıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər