ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Lukoil” şirkətinin xarici aktivlərinin satışı ilə bağlı danışıqlara imkan verən xüsusi lisenziyanın müddətini iyulun 25-dək uzadıb.
Yenilənmiş sənəd Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunub.
Lisenziya “Lukoil International GmbH” və onun aktivlərinin satışı, ötürülməsi və ya özgəninkiləşdirilməsi ilə bağlı danışıqları ABŞ sanksiyalarından kənarda saxlayır.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin oktyabrında “Lukoil”, “Rosneft” və onların 34 törəmə şirkətini yeni sanksiyalar siyahısına daxil etmişdi.






