28 C
Baku
Saturday, July 27, 2024

ABŞ Niderlanda 611 milyon dollarlıq kəşfiyyat aparatları satmağı planlaşdırır

ABŞ administrasiyası Niderlanda dörd ədəd “MQ-9A Reaper Block 5” kəşfiyyat aparatının və müvafiq avadanlıqların satışı üçün 611 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə ABŞ Dövlət Departamenti və hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan müvafiq hökumət idarəsi məlumat yayıb.

Müqavilədə bildirilir ki, Niderland, həmçinin üç mobil yerüstü idarəetmə sistemi və digər avadanlıq ala bilər.

Müqavilənin icrası Avropada NATO müttəfiqini gücləndirməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcək.

Saziş regiondakı əsas hərbi balansı dəyişməyəcək, lakin Niderlandın mövcud və gələcək təhdidlərə qarşı dayanmaq qabiliyyətini artıracaq.

Son xəbərlər
Digər xəbərlər