9 C
Baku
Friday, December 13, 2024

ABŞ-nin defolt tarixi dəyişdi

ABŞ Maliyyə Nazirliyi mümkün defolt tarixini bir neçə təxirə salıb.

Naziri Canet Yellenin sözlərinə görə, Konqres dövlət borcunun tavanını qaldırmasa iyunun 5-də dövlət istiqrazlarını ödəmək üçün Maliyyə Nazirliyinin kifayət qədər resursu olmayacaq.

Əvvəllər defoltun iyunun 1-də olacağını proqnozlaşdırılırdı.

Hazırda ABŞ-nin dövlət borcunun həcmi qanunla müəyyən edilmiş 31,4 trilyon dollar həddini aşır.

Yellen qeyd edib ki, iyunun 1-i və 2-də xəzinədarlıq veteranlara, pensiyaçılara və digər benefisiarlara ödəniş etmək üçün 130 milyard dollardan çox vəsait göndərəcək. İyunun 5-də agentlik sosial fondlara daha 92 milyard dollar köçürməlidir.

Son xəbərlər
Digər xəbərlər