ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq

ABŞ administrasiyası “azadlıq arsenalı” adlandırdığı təşəbbüsü formalaşdırmaq məqsədilə 2027-ci ildə hərbi xərclərə 1,5 trilyon dollar ayırmağı planlaşdırır. Bu barədə NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

“Son altı ay ərzində gördüyünüz kimi, prezident Donald Tramp ABŞ-nin hərbi xərclərinin artırılmasına sadiqdir. 2026-cı ildə bu məqsədlə 1 trilyon dollardan çox, 2027-ci ildə isə 1,5 trilyon dollar xərclənəcək”, – deyə Heqset vurğulayıb.

Nazir əlavə edib ki, ABŞ NATO çərçivəsində öz üzərinə götürdüyü müdafiə xərcləri öhdəliklərini yerinə yetirməklə yanaşı, onları üstələyəcək.

Görüşdən əvvəl çıxış edən Heqset bildirib ki, Vaşinqton bununla dünyaya ABŞ-nin “azadlıq arsenalı” yaratdığını göstərmək niyyətindədir. Bu təşəbbüs ABŞ hərbi-sənaye kompleksinin modernləşdirilməsinə və fəaliyyətinin sürətləndirilməsinə yönəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər