ABŞ və İran arasında yeni gərginlik fonunda cümə günü neft qiymətləri yüksəlir. Tehran 8 may gecəsi əldə olunmuş atəşkəsə baxmayaraq, Amerika qüvvələrini bir neçə hücum həyata keçirməkdə ittiham edib. Vaşinqton isə İranın Keşm limanına zərbə endirildiyini təsdiqləyib. Prezident Donald Tramp bildirib ki, İran sülh razılaşmasına getməsə, ABŞ yeni zərbələr endirəcək.
Ифлж vaxtı ilə saat 10:03-ə olan məlumata görə, Londonun ICE бирjasında “Brent” markalı neftin iyul fyuçersləri bir barel üçün $101,12-ə qədər bahalaşıb. Cümə axşamı bu markalı neft $98-dən aşağı səviyyədə ticarət olunurdu.
Nyu-York əmtəə бирjası NYMEX-də WTI markalı neftin iyun fyuçersləri isə həmin vaxt bir barel üçün $95,35-ə qədər yüksəlib. Əvvəlki sessiyada müqavilənin qiyməti $94,81-ə qədər geriləmişdi.






