14 C
Baku
Thursday, March 28, 2024

ABŞ onlayn olaraq təhsil alan xarici tələbələrdən ölkəni tərk etmələrini tələb etdi

ABŞ-da təhsil alan xarici tələbələr təhsil aldıqları universitetdə payız semestri tamamilə onlayn keçdiyi təqdirdə, ölkəni tərk etməli olacaqlar. Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın İmmiqrasiya və Gömrük Polisinin (ICE) mesajında deyilir.

Məhdudiyyətlər F-1 və M-1 vizası alan tələbələrə şamil edilir. Mesajda deyilir ki, universitetlər onlayn təhsilə keçdiyi təqdirdə, bu tələbələrə viza verilməyəcək və onlar ölkəyə buraxılmayacaq.

Ölkədə qalmaq istəyən tələbələr təhsil aldıqları universiteti dəyişdirə bilərlər. Əsas şərt həmin təhsil müəssisəsində dərslərin oflayn olaraq keçirilməsidir. “Əks təqdirdə, onlar ölkədən departasiya olunmaq daxil olmaqla, bir sıra immiqrasiya çətinlikləri ilə üzləşə bilərlər”, – İmmiqrasiya və Gömrük Polisinin mesajında deyilir.

Qeyd edildiyi kimi, təhsil müəssisələri onlayn rejimə keçmək barədə tələbələrə 10 gün əvvəlcədən xəbərdarlıq etməlidirlər.

Harvard Universitetinin prezidenti Larri Bekou hakimiyyətin təşəbbüsünü pisləyir. Onun sözlərinə görə, ICE-nin göstərişi “mürəkkəb problemə kobud, universal bir yanaşma tələb edir. O cümlədən, xarici tələbələrə universiteti dəyişdirməkdən və ya ölkəni tərk etməkdən başqa bir seçim vermir”. Bekounun fikrincə, bu siyasət bir çox təşkilatın apardığı yanaşmanı – akademik proqramları davam etdirmək və pandemiya şəraitində təhlükəsizliyi qorumaq – kobudcasına pozur.

Xatırladaq ki, iyunun sonlarında prezident Donald Tramp müvəqqəti iş vizalarının verilməsini dayandıran fərmana imza atmışdır. O, bu qərarını böhran səbəbindən iş yerlərinin azalması və bununla əlaqədar ABŞ vətəndaşlarına dəstək olmağın vacibliyi ilə əsaslandırıb.

Son xəbərlər
Digər xəbərlər