18 C
Baku
Saturday, April 27, 2024

ABŞ ötən il 1 mlrd. dollar dəyərində Rusiya yanacağı alıb

ABŞ ötən il 1 milyard dollar dəyərində Rusiya mənşəli yanacaq alıb.

Bu barədə CNN Enerji Və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) təhlillərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya nefti ABŞ-a dolayı yollarla – Hindistanda saflaşdırıldıqdan sonra daxil olub. ABŞ-ın Rusiya mənşəli yanacaq üçün köçürmələrinin qanuni yollarla baş tutduğu qeyd olunub.

Məlumata görə ötən il, Rusiya Hindistana ümumilikdə rekord 37 milyard dollar dəyərində xam neft ixrac edib ki, bu da Ukraynada müharibənin başlamasından əvvəlki dövrlə müqayisədə 13 dəfə çoxdur.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər