1 C
Baku
Saturday, December 14, 2024

ABŞ prezidentindən “rəqəmsal dollar”la bağlı sərəncam gəlir

ABŞ prezidenti Co Bayden çərşənbə günü hökumətdən mərkəzi bankın rəqəmsal dollarının yaradılmasının risk və faydalarını, eləcə də digər kriptovalyuta məsələlərini qiymətləndirməyi tələb edən sərəncam imzalayacaq.

Bu barədə Banker.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəsmiləri bildiriblər.

Baydenin sərəncamı ilə Xəzinədarlıq Departamentindən (Maliyyə Nazirliyi), Ticarət Departamentindən və digər əsas agentliklərdən pulun gələcəyi və kriptovalyutaların oynayacağı rol haqqında hesabatlar hazırlamağı tələb edəcək.

ABŞ Prezidenti Co Bayden agentliklərə ABŞ-ın “rəqəmsal dolları” yaratmağı nəzərdən keçirmələri barədə göstəriş verən sərəncam imzalayacaq.

Bildirilir ki, ötən ilin noyabrda $3 trilyon keçmiş kriptovalyuta bazarına geniş nəzarət ABŞ-ın milli təhlükəsizliyini, maliyyə sabitliyini, ABŞ-ın rəqabət qabiliyyətini təmin etmək və artan kibercinayətkarlıq təhlükəsinin qarşısını almaq üçün vacibdir.

Son xəbərlər
Digər xəbərlər