ABŞ prezidentliyinə namizəd Beto O’Rurk ilk 24 saat ərzində $6,1 milyondan artıq vəsait toplayıb

  •  
  •  
  •  
  •  

Ötən həftə ABŞ prezidenti postuna iddia edən tanınmış demokratların sırasına Texasdan olan sabiq konqresmen Beto O’Rurk da qoşulub.

Beto O’Rurk özünün prezident kampaniyasının ilk günü ərzində 6,1 milyon dollardan artıq vəsait topladığını bəyan edib. Bu, bütün demokrat-iddiaçılar arasında rekord məbləğdə ianədir. O bildirib ki, cəmi 24 saat ərzində amerikalılar bütün ölkə üzrə bir yerə toplaşaraq, prezident seçkiləri üçün kütləvi kampaniyanın keçirilməsinin mümkün olduğunu sübut ediblər. Bununla yanaşı, konqresmenin qeyd etdiyi kimi, o, ianəni ABŞ-ın sadə vətəndaşlarından alıb və bu işdə marağı olan müxtəlif böyük donorlardan, korporasiya və şirkətlərdən təzminat toplayan, həmin vəsaiti seçkiqabağı kampaniyalarda müvafiq siyasətçilərə təqdim edən Siyasi Fəaliyyət Komitəsinin ianələrindən imtina edib.

Beto O’Rurk bildirib ki, o, 2020-ci ildə ABŞ prezidenti postuna seçkilərdə iştirak etmək niyyəti barədə bəyan etdiyi günün sabahı – bazar ertəsi 6136763 dolları onlayn-ödəmə şəklində alıb. Bu məbləğ hətta Berni Sandersin də rekordunu yeniləyib. O’Rurk özünün kampaniyası çərçivəsində artıq Miçiqan, Viskonsin, Ohayo və Pensilvaniya seçiciləri ilə görüşlərdə iştirak edib.


  •  
  •  
  •  
  •